20 İyul 2023, 15:32
FUTBOL
önümüzdəki günlərdə "Fənərbaxça"dan bir neçə yeni transfer gözlənildiyi halda, hücumçu Batşuayi ilə bağlı kluba yeni təklif gəlib. Matc.az xəbər verir ki, "Lans", "Everton", "Atalanta" və "Salernitana"dan sonra indi də Fransanın "Lill" klubu təcrübəli hücumçunu sıralarına qatmaq istəyir.
Fransa mətbuatında əks olunan xəbərə görə, "Lill" bu futbolçunun transferi üçün 11 milyon avro büdcə ayırıb. Lakin "Fənərbaxça" hücumçusu üçün 15 milyon avro tələb edir.
Xatırladaq ki, Mişi Batşuayi ötən mövsüm "Fənərbaxça"nın heyətində 32 oyuna çıxıb. Belçikalı hücumçu 20 qol və 2 məhsuldar ötürmə ilə 22 qola birbaşa töhfə verib.