20 İyul 2023, 16:24
FUTBOL
"Payızda Rusiya klubları ilə yoldaşlıq görüşlərinin keçirilməsi barədə danışmaq tezdi". Matc.az xəbər verir ki, bu barədə "Neftçi"nin prezidenti Kamran Quliyev TASS-a açıqlamasında deyib.
O, komandasının Sankt-Peterburqda "Match TV" turnirinə qatılmasını və Moskvada "Spartak"la yoxlama görüşü keçirməsini yüksək qiymətləndirib.
"Ağ-qaralar"ın rəhbəri "Spartak"la əməkdaşlıq memorandumu imzalamalarına da münasibət bildirərək, Rusiya klubları ilə işbirliyində maraqlı olduqlarını vurğulayıb:
"Payızda yenidən yoxlama matçı keçirmək olarmı? Hazırda heç nə deyə bilmərəm. Ancaq səmərəli şəkildə əməkdaşlıq edəcəyik".
Qeyd edək ki, "Neftçi" "Match TV" turnirinə "Zenit"ə (1:3), "Srvena Zvezda"ya (0:4), "Fənərbaxça"ya (0:1), Moskvadakı yoldaşlıq görüşündə isə "Spartak"a (0:2) məğlub olub.