20 İyul 2023, 17:23
FUTBOL
"Qarabağ"ın çempionlar Liqasının II təsnifat mərhələsində "Rakuv"la keçirəcəyi cavab oyununun təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA avqustun 2-dəki görüşə Almaniyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
Bakı Olimpiya Stadionundakı matçda Sven Yablonski ədaləti qoruyacaq. Ona Lasse Koslovski və Eduard Beytinger kömək edəcək. Dördüncü hakim isə Tobias Reyxel olacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar iyulun 26-da ilk oyun çərçivəsində Polşada "Rakuv"un qonağı olacaq.