Braziliyalı futbolçu Neymar karyerasının ən uğursuz məqamından danışıb. Matc.az xəbər verir ki, futbolçu Dç-2022-nin 1/4 finalındakı uğursuzluğu karyerasının ən ağır məğlubiyyəti adlandırıb. 
 
"Beynimdən hansı fikirlərin keçdiyini deyə bilmərəm. Bu, karyeramın ən acı məğlubiyyəti idi. Beş gün ağladım. Xəyalımın məhv olması məni çox incitdi. Həyatımın ən pis anı idi. Sanki dəfn mərasimi idi, bir tərəfinizdə kimsə ağlayır, o biri tərəfinizdə başqası. Dəhşətli bir hiss idi və mən onu bir daha yaşamaq istəmirəm. Düzünü desəm, dünya çempionatından sonra milli komandadan getmək istədim, amma hələ qələbələrə çox ac olduğum üçün fikrimi dəyişdim" - deyə, hücumçu bildirib.
 
Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Braziliya penaltilər seriyasında Xorvatiyaya uduzmuşdu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest