Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Filip Ozobiç Rusiya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, Xorvatiya əsilli oyunçu söhbət zamanı Azərbaycan yığmasını seçməsinə də toxunub. 32 yaşlı yarımmüdafiəçi millimizdə uğurlu çıxış etməyi arzuladığını söyləyib. O, ilk olaraq 2010-2013-cü illərdə formasını geyindiyi Moskva "Spartak"ından ayrıldıqdan sonra ilk dəfə idi Moskvaya getdiyini söyləyib: "Moskva çox gözəldi. Amma uzun müddətdi Bakıda yaşayıram və oynayıram. Bakı da təsiredicidi".
 
- Azərbaycan millisinin heyətində artıq 10 oyun keçirmisiniz. Halbuki daha əvvəl Xorvatiya yığması ilə 2 görüşdə iştirak etmisiniz...
- Bəli, sonradan Azərbaycan millisində oynamağı qərara aldım. Xorvat olaraq qalıram, amma indi bütün gücümü Azərbaycan yığmasının uğuru üçün sərf edirəm.
 
- "Spartak"da tanışlarla rastlaşmısınız?
- Mən Rebrov və Bajenovu gördüm. Düşünürəm ki, bir-birimizi yenidən görəcəyik.
 
- Rus dilində yaxşı danışmağınız nədən qaynaqlanır?
- Bunu "Spartak"da olanda öyrənmişəm. Azərbaycanda da çox adam rus dilində danışır, ona görə təcrübəm var.
 
- Rusiyanın avrokuboklardan kənarlaşdırılmasına münasibətiniz necədi?
- Bu, sadəcə siyasətdi. Siyasət mənim işim deyil.
 
- Bəs Rusiya çempionatının səviyyəsi barədə nə deyə bilərsiniz?
- "Spartak"la oyuna baxsaq, çempionatın yaxşı səviyyədə olduğu aydın görünür.
 
- "Spartak" sizin olduğunuz dövrdən zəifdi?
- Mən klubda olanda "Spartak"da güclü futbolçular oynayırdı – Aleks, Makqidi, Velliton... İndi isə komanda daha gəncdi. Amma səviyyə yaxşıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest