"Selta"nın futbolçusu Santi Mina hələ 2017-ci ildə zorlamaya görə 4 il həbs cəzası çəkməli olacaq. Matc.az xəbər verir ki, hökm bir neçə ay əvvəl çıxarılıb. Santi Mina apellyasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb və futbolçu dörd il həbsdə qalmağa məcbur olacaq.
 
Bununla belə, 27 yaşlı oyunçuya zəif də olsa təsəlli xəbəri verilib. Belə ki, zərərçəkənə dəymiş mənəvi zərərin məbləği 50 min avrodan 25 min avroya endirilib. 
 
Xatırladaq ki, futbolçu son mövsümü icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunda keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest