Lautaro Martinez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Səudiyyə klublarından biri artıq futbolçunun agentinə təklif göndərib. Hücumçuya mövsümdə 60 milyon maaşla 4 illik müqavilə təklif edilib.

Argentinalı futbolçu hələ Ərəbistan liqasına keçməyə razılıq verməyib, ona görə də ərəblər bu səbəbdən "İnter" ilə danışıqlar aparmırlar.

Xatırladaq ki, Lautaro ötən mövsüm A Seriyasında 38 oyuna çıxıb, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest