Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına köçür. Matc.az xəbər verir ki, "Liverpul"un kapitanı Cordan Henderson "Əl-İttifaq"la anlaşıb.
 
33 yaşlı yarımmüdafiəçi yeni komandası ilə müqavilə imzalamaq üçün iki gün ərzində tibbi müayinədən keçəcək. İngiltərəli oyunçunun "Əl-İttifaq"da həftəlik qazancı 800 min avro olacaq.
 
Qeyd edək ki, Cordan Henderson ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest