21 İyul 2023, 19:27
FUTBOL
Fransa prezidenti Emmanuel Makron yenidən Mbappeni PSJ ilə olan müqaviləsini uzatmasına razı salmağa çalışır. Matc.az xəbər verir ki, dövlət başçısı bir daha Kilian Mbappeni PSJ ilə müqaviləsini uzatmağa çağırıb.
Verilən məlumata görə , Makron Mbappenin ən azı 2024-cü il Paris Olimpiadasına qədər PSJ-də qalmasını istəyir.
Mbappe özü klubu dəyişməyə meyllidir. Onun müqaviləsi 2024-cü ilə qədərdir.
Xatırladaq ki, 2022-ci ilin yayında Kilian pulsuz olaraq Madrid "Real"ına gedə bilərdi, lakin sonda parislilərlə müqaviləni uzatmaq qərarına gəldi. O zaman da futbolçuya Fransada qalmağı məsləhət görənlərdən biri Makron idi.