Yenidən Premyer Liqaya qayıdan "Araz-Naxçıvan" təlim-məşq toplanışının birinci mərhələsini başa vurur. Matc.az xəbər verir ki, komanda sabah hazırlığın ikinci mərhələsinə başlayacaq.
 
Bu məqsədlə baş məşqçi Azər Bağırov kollektivi Qəbələyə aparacaq. Naxçıvanlılar orada bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Ancaq qarşılaşmanın tarixi və rəqibin kimliyi hələ bilinmir.
 
Qeyd edək ki, "Araz-Naxçıvan"ın Qəbələ toplanışı iyulun 30-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest