22 İyul 2023, 09:44
FUTBOL
ötən mövsüm Türkiyə Superliqasında çıxış edən Natan Redmond bundan sonra İngiltərə Premyer Liqasında oynayacaq. Matc.az xəbər verir ki, futbolçu "Bernli" ilə müqavilə imzalayıb.
2022/2023 mövsümündə "Beşiktaş"da çıxış edən cinah oyunçusu daha əvvəl İngiltərənin "Sauthempton", "Norviç" və "Birmingem Siti" klublarında oynayıb.
29 yaşlı futbolçu indiyədək Premyer Liqada 264 oyun keçirib, 28 qol vurub və 26 məhsuldar ötürmə verib.
Qeyd edək ki, "Bernli" ötən mövsüm çempionşipdə birinci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb. Komandanın baş məşqçisi "Mançester Siti"nin sabiq futbolçusu Vinsent Kompanidir.