"Sumqayıt" daha bir əcnəbi futbolçu transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki,  Samir Abasovun komandası Portuqaliya təmsilçisi "Vitoria Gimaraeş"ə məxsus olmuş, son mövsümü icarə əsasında "Vilafrankeze"də çıxış edən pakistanlı İsa Suliman ilə 2 illik müqavilə imzalayıb.
 
İngiltərənin Birmingem şəhərində doğulmuş Suliman futbola məhz bu ölkədə başlayıb. "Aston Villa"nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin "çeltenhem", "Qrimsbi Taun", Niderlandın "Emmen", Portuqaliyanın "Nasional", "Vilafrankeze" və "Vitoria Gimaraeş" klublarında çıxış edib.
 
O, İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas millisinə cəlb olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest