"Bizi çətin oyun gözlədiyini bilirdik. Səbəb kimi göstərmək istəməzdim, amma meydança amili hər iki komandaya mənfi təsir etdi. Matçın sonlarında qazandığımız penalti sərgilədiyimiz futbola baxanda hədiyyə kimi oldu".

"Bizi çətin oyun gözlədiyini bilirdik. Səbəb kimi göstərmək istəməzdim, amma meydança amili hər iki komandaya mənfi təsir etdi". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Topaz Premyer Liqasının XXII turunda "Keşlə"nin qonağı olan "ağ-qaralar" Emin Mahmudovun yeganə qolu ilə qalib gələrək, liderliyini davam etdirib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Bordinin qələbə şərhi belə olub: "Matçın sonlarında qazandığımız penalti sərgilədiyimiz futbola baxanda hədiyyə kimi oldu. Meydançanın pis olması çətinlik yaradırdı. Topla oynamaq ağır olurdu. Buna rəğmən, ədalətli penalti qazandıq və qələbə topunu vurduq".

İtaliyalı mütəxəssis hücumçu Mirbadulla Abbasovun həvəssiz görünmədiyini vurğulayıb: "Mirabdullanın komandaya xeyri dəydi. Hətta qol vurmaq şansı da var idi".

Baş məşqçi aprelin 1-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu barədə fikir bildirmək istəməyib. O, ən yaxın izləyiciləri olan Ağdam təmsilçisinin deyil, öz oyunlarını düşündüklərini vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest