"Yaxşı oynadıq. Qələbə qazanmağa çalışırdıq. BUnun üçün əlimizdən gələni etdik və çox şadam ki, buna nail olduq. Yaxşı komandamız var. Bir ailə kimiyik. Əhval-ruhiyyə də yüksək səviyyədədi. Rahat idim, 3 xal qazanacağımıza inanırdım".
"Yaxşı oynadıq. Qələbə qazanmağa çalışırdıq". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane deyib.
Qvineyalı futbolçu klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının XXII turunda "Keşlə" üzərində səfər qələbəsini (1:0) dəyərləndirib.
Kane qələbəyə öncədən inandığını söyləyib: "Qələbə üçün əlimizdən gələni etdik və çox şadam ki, buna nail olduq. Yaxşı komandamız var. Bir ailə kimiyik. Əhval-ruhiyyə də yüksək səviyyədədi. Rahat idim, 3 xal qazanacağımıza inanırdım. Bu tepmdə davam etsək, növbəti oyunlarda da qalib gəlib, çempion olacağıq".