"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço intizam cəzası ilə üzləşə bilər.
Matc.az xəbər verir ki, buna səbəb futbolçunun Premyer Liqa çərçivəsində "Arsenal" üzərində qazanılan 3:1 hesablı qələbədən sonra verdiyi açıqlamadı.
23 yaşlı hücumameyilli oyunçu görüşün iştirak ərizəsinə salınmayıb. Baş məşqçisi Erik ten Haq bunu Sançonun məşqdə zəif təsir bağışlaması ilə əlaqələndirib. Futbolçu isə sosial şəbəkə vasitəsilə çalışdırıcının yalan danışdığına işarə vurub və "tez-tez günah keçisi olur" yazıb. Klub rəhbərliyi Sançonun vəziyyəti ilə bağlı ictimaiyyətə açıqlama verməyi planlaşdırmır, lakin futbolçunu cəzalandırmağı müzakirə edir.
Qeyd edək ki, Ceydon Sanço bu mövsüm Premyer Liqada keçirdiyi 3 oyunda ümumilikdə 76 dəqiqə meydanda olub.