04 Sentyabr 2023, 20:49
FUTBOL
Panama millisinin futbolçusu Gilberto Ernandes 26 yaşında dünyasını dəyişib.
Matc.az xəbər verir ki, onun ölümünə səbəb güllələnməsi olub. Hadisə dünən Panamanın Kolon şəhərində baş verib. Silahlı qrupun hücumuna məruz qalan Ernandes hadisə yerində vəfat edib. Daha 7 nəfər isə yaralanıb. Qeyd olunur ki, son vaxtlar adıçəkilən şəhərdə narkotik qaçaqmalçılığı bazarının bölünməsi ilə bağlı qətllərin sayı artıb.
Qeyd edək ki, Gilberto Ernandes Panama millisində 2 oyun keçirib.