"Qalatasaray" heyətini gücləndirmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İstanbul klubu "Vest Bromviç"dən Okay Yokuşlunu transfer etmək istəyir. "Cim-bom"un futbolçu ilə artıq anlaşdığı deyilir. Yaxın saatlarda transferin reallaşacağı bildirilir. 

Qeyd edək ki, yarımmüdafiəçisi ötən mövsüm "Vest Bromviç"də 41 oyuna çıxıb və 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest