"Hatayspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Türkiyə klubu Honduras millisinin üzvü Riqoberto Rivası transfer edib. Futbolçu sözləşmə imzalamaq üçün İstanbula gəlib. Oyunçu ilə 3 illik müqavilə imzalanması gözlənilir. Yarımmüdafiəçinin keçidi klub üçün pulsuz başa gəlib.

Qeyd edək ki, Rivasın son klubu "Reccina" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest