PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Qətərin "Əl Ərəbi" klubuna keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçu müqaviləni yenidən imzalamaq təklifi olmasa, Paris klubunu tərk edəcəyini deyib. Yarımmüdafiəçinin artıq Dohada yerləşən Qətər komandası ilə razılaşdığı bildirilir. Hətta yaxın günlərdə keçidin reallaşacağı da gözlənilir.

Qeyd edək ki, 30 yaşlı italyan 2012-ci ildən parislilərin heyətində çıxış edir

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest