"Betis"in və Argentina millisinin müdafiəçisi German Pessella kapitan Lionel Messinin yığma karyerası barədə fikirlərini bildirib. Matc.az xəbər verir ki, Pessella hücumçunun hələ uzun illər millidə qalmasını arzulayır:
 
"ümid edirəm ki, o, daha 20 il millidə qalacaq. Əlbəttə ki, Messi davam edib-etməyəcəyini özü bilir. Onunla mate içərək deyəcəyəm ki, daha uzun illər oynamağa davam etsin. 
 
Qeyd edək ki, Argentina millisi ötən il Qətərdə keçirilən Dç-2022-nin qalibi olub. Turnirdə keçirdiyi 7 oyunda 7 qol vuran Messi mundialın ən yaxşı futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest