Yüngül atletika üzrə dördqat Olimpiya çempionu Mo Farah Nyukaslda keçirilən Böyük Şimal Qaçış yarımmarafonunda dördüncü olub.
Matc.az xəbər verir ki, bu yarış britaniyalı idmançının karyerasında sonuncu olub. O, sona 1 saat 3 dəqiqə 28 saniyəyə çatıb Efiopiyalı Tamirat Tola 59 dəqiqə 58 saniyəyə qalib gəlib. 40 yaşlı britaniyalı qaçışcı bu barədə fikirlərini bildirib:
"çox emosional idi. Beynimdə çoxlu fikirlər dolaşırdı. Qaçmaq mənim üçün hər şey deməkdir. Məni xilas edən qaçışdır. Xalqın dəstəyi olmadan bunu edə bilməzdim. Karyeramı burada gözəl xatirələrim olan Nyukaslda bitirmək istəyirdim. Bura gəlmək və tamaşaçıların hisslərini qarşılamaq vacib idi".
Qeyd edək ki, Mo Farah London-2012 və Rio-2016-da 5000 və 10000 metr məsafələrə qaçışda Olimpiya çempionu olub. O, həm də altıqat dünya çempionudur.