"Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi. Bakıdakı hazırlıq müddətində uşaqları yukləmişdik və bunun fonunda futbolçuları bir daha yoxladıq".

Matc.az xəbər verir ki, bu sözləri  "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov "Qəbələ" ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib. çalışdırıcı qarşılaşma haqqında öz fikirlərini bildirib:

"Oyun xoş atmosferdə keçdi. Görüşü zədəsiz başa vurduq. Hər iki hissədə maraqlı hücumlarımız alındı. Hansı ki, bu gedişlər üzərində yeni-yeni işləyirik. Müdafiədən isə uzun deyil, qısa ötürmələrlə çıxmağa çalışdıq. Yəni bunların üzərində 4-5 gün isləməyimizə baxmayaraq, nəticə pis deyildi. Birinci hissədə əvvəlki oyunlarda az şans verdiyimiz futbolçulara da meydana çıxmaq imkanı yaratdıq. Onların da təzyiq altında nəyə qadir olduqlarını gördük. Maraqlı və faydalı bir görüş oldu".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest