Almaniya tarixində ilk dəfə basketbol üzrə dünya çempionu olub.

Matc.az xəbər verir ki, Almaniya komandası 2023 FİBA Basketbol Dünya çempionatının finalında Serbiya komandasını məğlub etdi - 83:77. Qarşılaşma Filippinin paytaxtı Manila şəhərindəki "Mall of Asia"da 12 022 azarkeşin önündə baş tutub. Almaniya tarixində ilk dəfə dünya çempionu olub. Almanlar əvvəllər heç vaxt turnirin finalına çıxa bilməyiblər. Komandanın ən yaxşı nəticəsi 2002-ci il Dünya çempionatında bürünc medallar olub. Serbiya son üç mundialda ikinci dəfə ikinci olub. 2014-cü ildə serblər finalda ABŞ-a uduzdular. Final matçında ən məhsuldar oyunçu 28 xal toplayan, 2 ribaund, 2 olan Almaniyanın mühafizəçisi Dennis Şröder olub. Finalın ən yaxşı oyunçusu mükafatı 19 xal, 7 ribaund, 3 top toplama və 2 məhsuldar ötürmə ilə almaniyalı Frans Vaqnerə verilib . Serbiya yığmasının heyətində ən yaxşılar Aleksa Avramoviç (21 xal) və Boqdan Boqdanoviç (17 xal, 5 məhsuldar ötürmə) olub.

Qeyd edək ki, bu gün Kanada komandası üçüncü yer uğrunda görüşdə ABŞ-ı məğlub etdi (127:118).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest