11 Sentyabr 2023, 11:39
FUTBOL
"Məqsəd Bakıda 3 xal qazanmaq idi və məqsədə nail olduq. Ən əsası qələbədi. Məncə, orta sahəyə yaxşı nəzarət etdik"
"Mürəkkəb meydanda çətin oyun oldu". Matc.az xəbər verir ki, bunu Belçika yığmasının yarımmüdafiəçisi Amadu Onana AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyunla bağlı danışarkən deyib.
22 yaşlı oyunçu "Dalğa Arena"da 1:0 hesablı qələbəyə baxmayaraq, çətinlik çəkdiklərini etiraf edib: "İnsanlar asan qalib gəlməyimizi gözləyirdilər. Lakin indi belə matçlar yoxdur. Azərbaycan bizə problem yaratdı, onlar hörmətə layiq rəqibdir. Məqsəd Bakıda 3 xal qazanmaq idi və məqsədə nail olduq. Ən əsası qələbədi. Məncə, orta sahəyə yaxşı nəzarət etdik. Müdafiə ilə yaxşı anlaşmamız oldu və xətlər arasında aqressivlik yüksək səviyyədə idi".
Qeyd edək ki, hazırda Belçika 10 xalla qrupa başçılıq edir, Azərbaycan millisi isə 1 xalla sonuncudu.