11 Sentyabr 2023, 11:45
FUTBOL
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində onlara qarşı çıxış edən Belçika yığmasının hücumçusu Romelu Lukakunun çıxışını dəyərləndirib.
O, ulduz futbolçunun komandasına çətin anlar yaşatdığını söyləyib:
"Lukakunu yaxşı vəziyyətdə gördüm. Hələ inkişaf edir. Yenə də bizə qarşı bütün xüsusiyyətlərini göstərdi. Qapı önündə yaxşı oynayır. Zərbə vurmaq üçün istədiyi dəstəyi alsa, onu dayandırmaq çox çətin olar. Lukakunu reaktiv gördüm, bizi daim narahat etdi. İndi müntəzəm oynamalıdı. Fiziki gücü var, tam formaya düşən kimi yırtıcı olacaq. "Roma" üçün uğurlu transferdi, onlara belə forvard lazım idi. Lukaku ilə Dibala əla cütlük təşkil edəcək".
Qeyd edək ki, "Dalğa Arena"da baş tutan görüşdə Belçika 1:0 hesablı qələbə qazanıb.