Baş məşqçi Vitali Borisov sentyabrın 15-də Buzauda Rumıniya, beş gün sonra Bakıda Niderlanda qarşı keçiriləcək görüşün heyətini açıqlayıb.

Azərbaycan futzal millisi Dç-2024-ün elit-raund mərhələsi üçün təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, komanda iki günlük hazırlığın ardından sentyabrın 13-də Bakı-İstanbul-Buxarest hava reysi ilə səfərə yollanacaq.
 
Baş məşqçi Vitali Borisov sentyabrın 15-də Buzauda Rumıniya, beş gün sonra Bakıda Niderlanda qarşı keçiriləcək görüşün heyətini açıqlayıb.
 
çalışdırıcı bu oyunçulara dəvət göndərib:
 
Qapıçılar: Emin Kürdov ("Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Atırau" Qazaxıstan)
 
Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı "Araz-Naxçıvan"), Hadi Ahmadi ("Aktobe" Qazaxıstan), Amir Şocaei ("Neftçi" İK), Everton Kardoso "Qallo" ("Manzanares" İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Oktay Rüstəmli ("Baku Fire").
 
Qeyd edək ki, yığma sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest