"Beşiktaş" daha bir oyunçunu heyətinə qatıb. Matc.az xəbər verir ki, İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Gökhan İnler Türkiyə klubu ilə anlaşıb.
 
"Adana Dəmirspor"dan ayrılan 39 yaşlı orta sahə oyunçusu ilə anlaşma uzunmüddətlidi. Ancaq razılığa əsasən, Gökhan cari mövsümün sonuna qədər futbolçu kimi çıxış edəcək. Gələn ilin yayında isə karyerasını bitirərək, klubda idman direktoru vəzifəsini icra edəcək.
 
Qeyd edək ki, Gökhan İnler daha əvvəl 2016-17 mövsümündə "Beşiktaş"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest