Milli komandaların heyətində ən gənc yaşda qol vuran futbolçuların adları müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilk "10-luğ"u açıqlayıb.
 
AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla görüşdə fərqlənən İspaniya millisinin oyunçusu Lamine Yamal üçüncü sıraya yüksəlib. O, hazırda "Sabah"ın formasını geyinən Lüksemburq yığmasının oyunçusu Vinsent Tillin göstəricisini yaxşılaşdırıb.
 
Siyahıya isə irlandiyalı Samuel Conston başçılıq edir.
 
1. Samuel Conston (İrlandiya) - 15 yaş 160 gün
2. Jozef Xorvat (Macarıstan) - 16 yaş 12 gün
3. Lamine Yamal (İspaniya) - 16 yaş 57 gün
4. Vinsent Till (Lüksemburq) - 16 yaş 117 gün
5. Vladimir Lubanski (Polşa) - 16 yaş 188 gün
6. Fernand Nisot (Belçika) - 16 yaş 334 gün
7. İmre Şlosser (Macarıstan) - 17 yaş 24 gün
8. Pol van Himst (Belçika) - 17 yaş 28 gün
9. Nuri Şahin (Türkiyə) - 17 yaş 33 gün
10. Yan van Breda Kolff (Niderland) - 17 yaş 74 gün

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest