Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin I turunda iş başında olacaq. 
 
Belə ki, Zaur Hacı-Məhərrəmov "Renn" (Fransa) – "Makkabi" (Hayfa, İsrail) görüşünün UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
 
Qarşılaşma sentyabrın 21-də Renn şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest