"Bu mövsümdən futbol komandalarının sayını artırıblar". Bunu matc.az saytına açıqlamasında II Liqada çıxış edən "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev deyib.
 
34 yaşlı yarımmüdafiəçi bu ildən çempionatların və komandaların sayının artırılmasını müsbət qiymətləndirib.
 
Azərbaycan millisinin üzvü bir çox problemlərin mövcudluğunu da gizlətməyib: "Komanda sayının artması futbolun inkişafı üçün yaxşı haldı. Ancaq say artdığı kimi, digər məsələlər də həll edilməlidi. Meydança, şərait məsələlərini nəzərdə tuturam. Bəzi meydançaları və paltardəyişmə otaqlarını yaxşı vəziyyətə gətirmək lazımdı. Hər komanda uşaq futboluna fikir versəydi, əla olardı. İnşallah, gələcəkdə hər klubun öz akademiyası olar. II liqada Qusarın iki komandanın olması bir tərəfdən yaxşıdı. Ancaq digər tərəfdən azarkeşlər iki yerə bölünəcəklər. Düşünürəm ki, bu baxımdan böyük problem yaşamarıq".
 
Qeyd edək ki, yayda "Səbail"dən ayrıldıqdan sonra futboldan getdiyini açıqlayan Rahid Əmirquliyev daha sonra "Şahdağ Qusar" üçün karyerasını bərpa edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest