" İordaniyanın sürətli əks-hücumları var. Biz isə öz oyunumuzu göstərib qələbə qazanmaq istəyirik"

"Oyuna ciddi hazırlaşırıq". Matc.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin kapitanı Emin Mahmudova məxsusdu.
31 yaşlı yarımmüdafiəçi İordaniya yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Yoldaşlıq matçı olsa da, əsas məqsədimiz oktyabrdakı matçlara qədər bir-birimizi daha yaxşı başa düşək. Onun üçün hazırlaşırıq. Yenə də sabah qələbə qazanmaq istəyirik. İordaniyanın sürətli əks-hücumları var. Biz isə öz oyunumuzu göstərib qələbə qazanmaq istəyirik".
O, AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə məğlub olduqları görüşdə qaçırdığı qol şansı barədə də fikir bildirib: "Belçika ilə oyundakı epizodda qol vurmalı idim. Açığı, elə bildim ki, rahat vuracağam. Həmin rahatlıq, bəlkə də, məni çaşdırdı. Oyun günü səhərə kimi həmin epizodu düşündüm".
 
E.Mahmudov bu mövsüm yaxşı formada olmaması ilə bağlı fikirlə razılaşmayıb: "ötən mövsüm çox qol vurduğum üçün diqqət çəkirdim. Bu mövsüm çox qol şanslarım olmur. Sadəcə, klubumda təzə baş məşqçiyə uyğunlaşıram. Onun istəklərini yerinə yetirməyə çalışıram. Son oyunumda assist etdim. Bəlkə bunun mənə köməyi dəyər".
 
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - İordaniya matçı saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest