12 Sentyabr 2023, 18:15
FUTBOL
İspaniyalı tennisçi Rafael Nadalın əmisi və keçmiş məşqçisi Toni Nadal qardaşı oğlunun nə vaxt korta qayıtmaq niyyətində olmasından danışıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.Toni Nadalın sözlərinə görə, Rafael 2024-cü ildə Avstraliya Açıq çempionatında iştirak etməyi gözləyir.
"Rafa yaxşıdır. İndi sağalır. Hər şey qaydasına düşsə, 2024-cü ildə Avstraliya Açıq çempionatına qayıtmaq niyyətindədir".
Xatırladaq ki, Nadal zədəsini sağaldır. Tennisçinin MRT-də sol ayağının əzələsində gərginlik aşkar edilib. İspanyalı tennisçi 2023-cü ildə Avstraliya Açıq çempionatından sonra kortlara çıxmayıb.