Topaz Premyer Liqasının XXII turu "Neftçi"nin iki futbolçusu üçün yubileylə əlamətdar olub. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov "ağ-qaralar"ın heyətində 50-ci çempionat oyununu keçirib.

O, bu matçlarda 11 qol vurub. "Keşlə"ylə qarşılaşmada komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi Emin Mahmudov isə "Neftçi"də ümumilikdə 10-cu dəfə fərqlənib. Azərbaycan Kuboku və UEFA Avropa Liqasında bir qolu olan yarımmüdafiəçi Premyer Liqadakı hesabını 8 topa çatdırıb.

O, 2017/18 mövsümündə Premyer Liqa və Azərbaycan kuboku yarışlarının hərəsində bir qol vurubsa, cari mövsüm bir dəfə UEFA Avropa Liqasında, yeddi dəfə çempionatda fərqlənib. Eminin "Neftçi"dəki ilk qolu 2017-ci il noyabrın 19-na təsadüf edib. Yarımmüdafiəçi "Qəbələ" ilə Premyer Liqanın ev görüşündə (2:3) qol sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest