Pep Qvardiolanın komandaları transferlərə rekord məbləğdə pul xərcləyib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Yay transfer mərhələsindən sonra klubları 2 milyard avro həddini keçən ilk məşqçi oldu.
Mütəxəssisin "Barselona", "Bavariya" və " Mançester Siti" də işlədiyi müddətdə 78 futbolçu ilə müqavilə imzalanıb. "Mançester Siti" bu yay ən azı 241 milyon avro xərcləyərək Qvardiolaya Joze Mourinyonu (1,86 milyard, 118 oyunçu) keçməyə imkan verdi. Transfermarkt-ın hesablamalarına görə , transfer xərcləri baxımından ən yaxşı 10 məşqçi indi belə görünür:
1. Pep Qvardiola – 2,04 milyard avro, 78 oyunçu;
2. Joze Mourinyo – 1,86 milyard, 118 oyunçu;
3. Karlo Ançelotti – 1,69 milyard, 108 oyunçu;
4. Massimiliano Alleqri – 1,4 milyard, 113 oyunçu;
5. Dieqo Simeone – 1,21 milyard, 82 oyunçu;
6. Manuel Pelleqrini – 1,2 milyard, 96 oyunçu;
7. Tomas Tuxel – 1,19 milyard, 71 oyunçu;
8. Antonio Konte – 1,17 milyard, 93 oyunçu;
9. Maurisio Poçettino – 1,15 milyard, 57 oyunçu;
10. Yurgen Klopp – 1,13 milyard, 85 oyunçu.