13 Sentyabr 2023, 19:20
FUTBOL
Minifutbol üzrə Bolqarıstanda Avropa Kuboku keçirilir.
Matc.az xəbər verir ki, A qrupunda yer alan "Zəngəzur" ilk oyununa çıxıb. Komandamız ilk görüşündə yerli "Qalaktiko Vratsa" klubu ilə qarşılaşıb. Azərbaycan təmsilçisi dueldən qələbə ilə ayrılıb – 2:0.
Qeyd edək ki, "Zəngəzur" sentyabrın 14-də qrup çərçivəsində daha iki oyun keçirəcək. Azərbaycan komandası saat 10:00-da Yunanıstan TMT-si, 18:00-da isə çexiya "Veşka Olomuç"u ilə qarşılaşacaq.