Hansı ölkənin Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıla biləcəyi ilə bağlı məlumatlar üzə çıxıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Söhbət İrandan gedir. Müvafiq sorğu BOK-a daxil olub. Təşəbbüs Nobel mükafatı laureatı, iranlı hüquq müdafiəçisi və hüquqşünas Şirin Ebadi, peşəkar futbol liqasının keçmiş prezidenti Frederik Tiriez və boks üzrə keçmiş dünya çempionu Mahyar Monşipur tərəfindən irəli sürülüb. Onlar BOK-a məktub göndərərək, olimpizm prinsiplərini pozduğuna görə İran Olimpiya Komitəsinin ölkədən çıxarılmasını xahiş ediblər. Mesaj İranda qadınlar üçün çoxlu tabuların olması ilə bağlıdır. Xüsusilə, söhbət bəzi idman növlərində çıxış etməyə, eləcə də onların verilişlərinə baxmağa qadağa qoyulmasından gedir.