"İnter Mayami"nin hücumçusu Lionel Messi komandasının MLS-də növbəti matçını buraxa bilər.

Matc.az xəbər verir ki, görüş şənbədən bazara keçən gecə baş tutacaq. Həmin gün rəqib "Atlanta Yunayted" olacaq. Messi Argentina millisinin Dç-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvadorla açılış oyununda (1:0) qol vurub. Həmin görüşün sonunda argentinalı diskomfort hiss etdiyi üçün əvəzlənib. Bu üzdən o, ikinci qarşılaşmanı buraxıb.

Qeyd edək ki, 35 yaşlı futbolçu "İnter Mayami"nin heyətində 11 oyun keçirib, 11 qol vurub, 5 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest