"Yuventus" dopinq testindən keçmədiyi üçün Pol Poqbanın maaşını ödəməyi dayandırıb.

Matc.az xəbər verir ki, İtaliya klubunun 30 yaşlı yarımmüdafiəçisində testosteron testi müsbət çıxıb və ona görə  4 ilə qədər futboldan uzaqlaşdırılacaq . Fransa millisinin heyətində dünya çempionu   İtaliya Milli Antidopinq Tribunalı tərəfindən müvəqqəti olaraq diskvalifikasiya edilib . Nizamnamə oyunçunun cəzalandırıldığı təqdirdə əmək haqqını ödəməməyə icazə verir. Müqavilədə bildirilir ki, cəzalı futbolçular hər il vergilərdən əvvəl minimum 42 177 avro, yəni ayda təxminən 2 min avro maaş almalıdırlar. Məhkəmə Poqbanı təqsirli bilsə, "Yuventus" da onunla müqaviləni poza biləcək. 2026-cı ilə qədər olan müqaviləyə xitam verilsə, Turin sakinləri təxminən 30 milyona qənaət edə biləcəklər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest