"Bu gün ümumilikdə pis oynadıq. Heyətdəki dəyişikliklər rəqibə total təzyiq etməyə hesablanmışdı. Topa daha çox nəzarət etməli idik. Amma planlarımız alınmadı. Sadə top itkilərinə yol verdik".

"Qələbə qazanmaq istəyirdik. Amma bunun üçün meydanda heç nə etmədik". Matc.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanova məxsusdu.

Topaz Premyer Liqasının XXII turunda "Sabah"ı qəbul edən "qırmızı-qaralar" meydanı qolsuz bərabərliklə tərk edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Bu gün ümumilikdə pis oynadıq. Heyətdəki dəyişikliklər rəqibə total təzyiq etməyə hesablanmışdı. Topa daha çox nəzarət etməli idik. Amma planlarımız alınmadı. Sadə top itkilərinə yol verdik. Məni çox təəccübləndirən o oldu ki, fasilə dövründə yaxşı hazırlıq keçmişdik. Məşq prosesi və yoxlama oyununda futbolçular istəkli idilər. Yalnız Stiven Monrozla Vojislav Stankoviç hazırlıqlarda tam iştirak edə bilməmişdi. Onlar fərdi hazırlıq keçirdilər. Monroz bu gün də zəif təsir bağışladı. Elementar top itkilərinə yol verdik, hücum qurmaqda çətinlik çəkdik. Futbolda belə hallar olur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest