"Oyuna pis başlamamışdıq. Amma ustalıq öz sözünü dedi. 0:3-dən sonra futbolçuları kökləmək çətin idi. üzərimizdə təzyiq var. 5 gündən sonra "Zirə" ilə oyuna hazırlaşacağıq".

Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXII turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis İbrahim Əliyevə şans verməməsinə də toxunub: "İbrahim Əliyevi məndən yaxşı tanıya bilməzsiniz. I Divizionda 8 qol heç də hər şey deyil. Müdafiə xəttində isə Şəhriyar Əliyev daimi əsas heyət oyunçusudu. Yeganə dəyişiklik Elvin idi. Məğlubiyyətdə, əlbəttə, mənim də payım var. Həftə ərzində Zubirin üzərində işləmişdik. Amma Zubir bir komandanı aldadıb qol vurursa, biz nə edə bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest