"Real Madrid"in ulduz futbolçusu Cud Bellinqem gələcəkdə İngiltərə Premyer Liqasında çıxış edə bilər". Matc.az xəbər verir ki, bu sözləri "Liverpul"un sabiq müdafiəçisi Ceymi Karraqer "CBS Sports Golazo"nun efirində deyib. 
 
O, 20 yaşlı ingiltərəli futbolçunun gələcəkdə İPL-də oynamaq istəyəcəyinə əmin olduğunu vurğulayıb. Ancaq verilişin qonaqlarından olan əfsanəvi hücumçu Tyerri Anri onun fikri ilə razılaşmayıb. Bellinqemin 14 dəfə çempionlar Liqasının qalibi olan klubda çıxış etdiyini və onun "Real Madrid"dən ayrılmaq istəməyəcəyini vurğulayıb. 
 
Qeyd edək ki, Cud İspaniya nəhənginə bu yay "Borussiya Dortmund"dan keçib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest