"Maynts" heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Almaniya təmsilçisi Ənvər Əl-Qazini transfer edib.
Məlumatı Bundesliqa klubunun mətbuat xidməti yayıb. Xəbərə görə, 28 yaşlı hücumçu ilə 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Niderland millisinin üzvünün son klubu PSV olub. O, "Maynts"a azad agent kimi keçib.