"Barselona" İspaniya La Liqasının VI turunda "Selta" ilə qarşılaşıb. Matc.az xəbər verir ki, görüş Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. 
 
AS-a danışan "Barselona"nın baş məşqçisi Xavi oyunu belə dəyərləndirib: "Şüurlu şəkildə risk aldıq. Yaxşı oyun keçirmədik, amma xarakter nümayiş etdirdik. Adətən uduzurduq. Lakin xarakterimizi dəyişirik. Bu isə çox önəmlidir".
 
Qeyd edək ki, 6 turdan sonra 16 xal toplayan "Barselona" turnir cədvəlinə başçılıq edir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest