Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya millisinin hücumçusu Neymar özbəkistanın "Navbahor"u ilə oyundan sonra klub rəhbərliyinə baş məşqçi Xorxe Xesusun istefaya göndərilməsini istəyib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Mənbənin sözlərinə görə, münaqişə braziliyalı futbolçunun "Navbahor"la uğursuz oyunundan sonra üzə çıxıb və Neymar artıq yerdə olarkən rəqibini itələyərək topla ona zərbə endirib. Daha sonra məşqçi soyunub-geyinmə otağında  Neymarı davranışına görə tənqid edib. Bu isə futbolçunun xoşuna gəlməyib və o, klub rəhbərliyindən baş məşqçinin uzaqlaşdırılmasını tələb edib.

Qeyd olunur ki, bu hadisənin ertəsi günü "Əl-Hilal" rəhbərliyi məşqçi ilə görüş keçirib və komandanın nəticələrinin yaxşılaşmadığı təqdirdə ona müqaviləsinə xitam verilə biləcəyi barədə xəbərdarlıq edib.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest