çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında çıxışını başa vurub. Matc.az xəbər verir ki, A divizionundakı mübarizə komandamız üçün uğursuz alınıb.
 
Sonuncu görüş Moldovaya qarşı olub. Qarşılaşma 4:4 hesabı ilə yekunlaşdığından, penaltilər seriyasına ehtiyac duyulub. Burada rəqib dəqiq oynayıb – 4:1. Yığmamızın heyətində qollara Orxan Məmmədov və Sabir Allahquliyev imza atıblar.
 
Bununla, millimiz Superfinalı 14-cü yerdə bitirib və B Divizionuna düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest