Misli Premyer Liqasının VII turunun "Qəbələ" ilə "Qarabağ" arasında keçiriləcək son oyununun VAR hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, Qəbələdə baş tutacaq qarşılaşmada videotəkrara cavabdeh olacaq şəxslər açıqlanıb.
 
Bugünkü qarşılamada bu funksiyanı Rauf Allahverdiyev yerinə yetirəcək. Rəhman İmami isə görüşün AVAR-ı olacaq. Onlar Elçin Məsiyevə VAR otağından kömək edəcəklər.
 
Qeyd edək ki, matç saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest