"Neftçi" rəhbərliyi 7 il ərzində klubdakı fəaiyyətinə görə Eyvazova təşəkkür edib və gələcək işlərində ona uğurlar diləyib.

"Neftçi"də daha bir ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu dəfə rəhbər postda dəyişiklik olub.
 
"Ağ-qaralar" rəsmi sayt vasitəsilə vitse-prezident Elnur Eyvazovun vəzifəsindən ayrıldığını açıqlayıb. O, öz istəyi ilə klubdan ayrılıb.
 
"Neftçi" rəhbərliyi 7 il ərzində klubdakı fəaiyyətinə görə Eyvazova təşəkkür edib və gələcək işlərində ona uğurlar diləyib.
 
Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə "Neftçi"nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci ilin iyulundan bəri vitse-prezident postunu tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest