Şahruddinlə yanaşı, daha 6 oyunçu eyni səbəbdən istanbullularla matçı buraxacaq. Üç futbolçu isə "Kasımpaşa" ilə qarşılaşmada qırmızı vərəqə aldığından, cəzalı duruma düşüb.
Türkiyə Super Liqasının VI turunda "Kasımpaşa" (1:2) ilə keçirilən oyunda "Adana Dəmirspor"un heyətində debüt edən Şahruddin Məhəmmədəliyev növbəti oyunu buraxacaq. Matc.az xəbər verir ki, o, "Beşiktaş"la III turdan təxirə salınan görüşdə meydanda olmayacaq.
Buna səbəb daxili çempionatın reqlamentidi. Qaydalara görə, 29 yaşlı qapıçı qarşılaşmanın ilk tarixindən sonra transfer edildiyindən, bu matçı buraxacaq. Komandalar əslində avqustun 28-də qarşılaşmalı idi.
Şahruddinlə yanaşı, daha 6 oyunçu eyni səbəbdən istanbullularla matçı buraxacaq. üç futbolçu isə "Kasımpaşa" ilə qarşılaşmada qırmızı vərəqə aldığından, cəzalı duruma düşüb.
Qeyd edək ki, "Adana Dəmirspor" – "Beşiktaş" oyunu sentyabrın 27-də keçiriləcək.