Həm bunu, həm mərkəzi arenadakı təmir işlərini, həm də "Azersun Arena"nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL "Qarabağ"ın xahişini müsbət qarşılayıb.

Misli Premyer Liqasının VIII turunun "Qarabağ" – "Sumqayıt" oyununun yeri dəyişdirilib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) qarşılaşmanın Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmayacağını açıqlayıb.
 
çünki adıçəkilən arenada təmir-bərpa işləri aparılır. Ağdam klubunun rəhbərliyi bunu əsas gətirərək, görüşün "Azersun Arena"da təşkili üçün müraciət edib.
 
Həm bunu, həm mərkəzi arenadakı təmir işlərini, həm də "Azersun Arena"nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL "Qarabağ"ın xahişini müsbət qarşılayıb.
 
Beləliklə, sentyabrın 29-dakı matç "Azersun Arena"da olacaq. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest