"Şeffild"in baş məşqçisi Pol Hekinqbottom Premyer Liqanın 6-cı turunda "Nyukasl"a ağır məğlubiyyətdən sonra vəzifəsində qalacaq. 

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Sentyabrın 24-də "Şeffild" öz meydanında 0:8 hesabı ilə məğlub olub. Klubun rəhbərliyi bu məğlubiyyətə görə baş məşqçini istefaya göndərməyəcək. "Şeffild" Premyer Liqada bu mövsüm heç qalib gələ bilməyib. Altı matçdan beşində 5:17 top fərqi ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest